DÇ-2018-in pley-off oyununda yanlış penalti verdiyini etiraf etdi - VİDEO

Rumıniyalı baş hakim Ovidiu Hatseqan İsveçrə ilə 2018-ci il dünya çempionatının ilk pley-off matçında ev sahibi Şimali İrlandiyanın qapısına penalti təyin etməklə səhvə yol verdiyini etiraf edib.

 

Sportinfo.az xəbər verir ki, 36 yaşlı referi həmin epizodu özü üçün kədərli və xoşagəlməz an adlandırıb. Hatseqan buraxdığı səhvin pley-offun taleyinə böyük təsir göstərdiyini vurğulayıb:

 

"Bu, sirr deyil və öz mövqeyimi gizlətmirəm. Amma mən güclü insanam və ailəmin köməyi ilə üzərimdəki təzyiqin öhdəsindən gəldim".

 

Bu referinin adı DÇ-2018-in final mərhələsi üçün seçilən 36 hakim arasına düşməyib. Hatseqan Rusiyadakı mundialda baş hakimin video-asistenti olacağına ümid etdiyini bildirib.

 

2017-ci il noyabrın 9-da Belfastda keçirilmiş qarşılaşmanın 56-cı dəqiqəsində top şimali irlandiyalı futbolçu Korri Evansın çiyninə dəydiyi halda, Hatseqan onun əllə oynadığı qənaətinə gəlib.

 

Nəticədə baş hakimin təyin etdiyi penaltini İsveçrə yığmasının oyunçusu Rikardo Rodriges dəqiq yerinə yetirib. İki matçlıq mübarizənin yekununda bu qol yeganə olub və İsveçrə mundiala vəsiqə qazanıb.

 

Mübarizəni dayandıran komandanın baş məşqçisi Maykl O`Nil isə məlum epizodu futbol karyerası ərzində gördüyü ən pis hakim qərarı adlandırıb.

 

Şimali İrlandiya DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda çıxış edib. Britaniyalılar Belfastda 4:0, Bakıda isə 1:0 hesablı qələbə qazanıblar.

 

Tarix: 12 Yanvar 16:00    Oxunub: 202    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.