"Qarabağ"dan qayıtdı, transfer bazarlığını başa vurdular

Mövüsümün ilk bölümünü «Qarabağ»ın 19 yaşlılardan ibarət komandasında keçirən Süleyman Əhmədov müqavilə ilə məxsus olduğu «Sumqayıt»a dönüb. 

 

Bu klubun öz yetirməsi olan 18 yaşlı yarımmüdafiəçinin ağdamlılarla icarə müqaviləsi bitib. Premyer Liqada ilk dəfə 2016-cı ildə – «Neftçi»yə 2:0 hesabıyla qalib gəldikləri görüşdə debüt edən gənci Samir Abasov yenidən əsas komandaya qaytarıb.

 

«Kimyaçıar»ın baş meneceri Ceyhun Sultanovun Sportinfo.az-a bildirdiyinə görə, bundan sonra düşərgəyə nə gələn olacaq, nə də gedən:

 

"Transfer bazarlığını başa vurmuşuq. Yeni futbolçu almağa ehtiyac görmürük. Qalanları da öz yerindədi". 

 

Tarix: 12 Yanvar 15:36    Oxunub: 369    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.