"Onu kim tanıyırsa, qolu niyə belə bayram etdiyimi bilirlər"

PSJ-nin futbolçusu Neymar Fransa kubokunun 1/4 finalında “Amyen”in qapısına vurduğu qolu qəribə tərzdə bayram etmişdi.

 

Sportinfo.az xəbər verir ki, Neymar qol vurduqdan sonra butsusunu çıxararaq başına qoymuşdu. Onun bu jesti sosial şəbəkələrdə geniş müzakirə edilmişdi.

 

Bir çoxu iddia edib ki, braziliyalı futbolçu bununla “Nike” şirkətini reklam edib. Neymar məsələ ilə bağlı “instagram”da açıqlama yayıb:

 

“Joa Selso Maresonu kim tanıyırsa, onlar qolu niyə belə bayram etdiyimi bilirlər. Yox, Maresonu tanımayan varsa, onda şəklin sağ tərəfindəki linkə daxil olub, onun fotosuna baxsınlar. Onda hər şey aydın olacaq. Sənə uğurlar, qardaş”.

Tarix: 12 Yanvar 15:24    Oxunub: 242    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.