"Yeni yaxşı təkliflər gəlir və mən də düşünürəm"

“Keşlə”nin baxışa çağırdığı kamerunlu futbolçu Herve Tçami bu gün qəsəbə klubunun "Qaradağ Lökbatan"la yoxlama matçında (3:1) meydana çıxıb.

 

Sportinfo.az xəbər verir ki, ötən ilin oktyabr ayında Səudiyyə Ərəsbistanının "Hajer” klubundan ayrıldıqdan sonra klubsuz qalan 30 yaşlı yarımmüdafiəçi jurnalistlərə müsahibə verib:

 

- Hər şey əladır. Azərbaycan da Türkiyə kimi ölkədir. İnsanlar mehriban, gülərüz və səmimidirlər. İlk günlər mənə çox xoş gəldi. Komandadan razıyam.

 

"Keşlə" ilə müqavilə bağlamısan?

- Xeyr, amma danışmışıq. Klubdan razıyam.

 

Baş məşqçi sənin performansında razıdır?

- Məni bura baş məşqçimiz Yuri Maksimov dəvət edib. O, məni əvvəlcədən tanıyırdı.

 

Azərbaycanda məqsədin nədir?

- Yaxşı oyun göstərmək istəyirəm.

 

Son zamanlar klublarını tez-tez dəyişirsən. Komandalarda möhkəmlənməməiuinin səbəbi nədir?

- Xeyr, düşündüyünüz kimi deyil. Yeni yaxşı təkliflər gəlir və mən də düşünürəm. Səbəb budu.

 

Artıq çəkin var, yoxsa hazır formadasan?

- Artıq çəkim yoxdu. Hər şey qaydasındadı.

Tarix: 12 Yanvar 15:00    Oxunub: 331    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.