Getsə, 175 min avro "Qarabağ"ın cibində qalacaq

"Qarabağ"ın "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi Ağdam klubundan ayrılmaq üzrədi.
Yunanıstan mətbuatının yaydığı xəbərə görə, AİK 29 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib.


"Olimpiakos"un bu transfer üçün İsveç təmsilçisindən 1 milyon avro təzminat istədiyi bildirilib. Yaxın günlərdə danışıqların yekunlaşacağı gözlənilir.


Uzun müddətdi zədəli olan Norveç millisinin üzvü ötən ilin yayından çıxış etdiyi "Qarabağ"da  cəmi 8 oyun keçirib.


Qurban Qurbanov əslən mərakeşli legionerin ayrılmasının əleyhinə deyil. Onsuz da, əsas heyətə düşmür. İki ay öncə məşqdə ayağından ciddi xəsarət alan Tarikin illik qazancı 700 min avrodu.

 

Göstərilən məbləğin yarısını «Qarabağ», yarısı isə yunan klubu ödəyir. Tezliklə burdan ayrılması o deməkdi ki, 175 min avro Ağdam komandasının cibində qalacaq  (Sportinfo.az).

 

Tarix: 12 Yanvar 14:48    Oxunub: 510    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.