Firuz Abdulla: "Lippert AFFA rəhbərliyindən xahiş etdi ki…"

"AFFA-da Texniki Direktor vəzifəsi ləğv olunmayıb və Bernard Lippert əvvəlkitək işini davam etdirir".


Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla deyib.


Onun bildirdiyinə görə, 2008-ci ildən Azərbaycanda çalışmağa başlayan almaniyalı funksioner yeni il tətili ilə əlaqədər getdiyi ölkəsindən yenicə dönüb:

 

"Düzdü, az bir müddət burda yox idi, dünən səhər işdə onu gördüm. Lippert AFFA-dan uzaqlaşdırılmayıb. Bu, dəqiqdi.

 

Avtomobilinin əlindən alınmasıyla bağlı xəbərə gəlincə, məsələ başqa cürdü. Ona AFFA tərəfindən «Hyundai»ın CİP-i verilmişdi.

 

Lippert şəhərdə hündür maşın sürməyin onda narahatlıq yaratmasını bildirərək, rəhbərlikdən xahiş etmişdi ki, balacasıyla dəyişdirilsin.

 

Həmin maşın əvvəl Mikayıl Nərimanoğlunun istifadəsinə verildi, o gedəndən sonra isə məndədi. Lippertdə indi adi «Hyundai»dı, onu sürür".

Tarix: 12 Yanvar 13:24    Oxunub: 406    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.