Sevgilisini özüylə gətirə bilmədiyi üçün Azərbaycandan qaçıb!

“Qəbələ”nin legioneri Endi Hallidey yanvarın 2-də müqavilə ilə məxsus olduğu “Reyncers”ə qayıtdı.

 

Şotlandiya klubunun yarımmüdafiəçini geri qaytarmaq cəhdləri, beləliklə, öz bəhrəsini verdi.

 

Sportinfo.az xəbər verir ki, yayda “Qəbələ”yə birillik icarə əsasında keçən Hallideylə müqavilə vaxtından əvvəl pozuldu. O, Qlazqo təmsilçisinin Floridada keçirdiyi təlim-məşq toplanışına qatılıb.

 

Ölkəsinin mətbuatına açıqlama verən futbolçu “qırmızı-qaralar” barədə xoş sözlər işlədib: “Qəbələ yaxşı şəhərdi. Klubun özünün infrastrukturu və layihəsi var. Lakin ora mənim olmaq istədiyim yer deyildi.

 

“Qəbələ”yə orda çıxış etdiyim zaman mənə verdikləri dəstəyə görə təşəkkür edirəm. Bu komandaya qoşulandan sonra həmişə yanvarda “Reyncers”ə qayıtmaq barədə düşünmüşəm.

 

Ancaq mən peşəkar idim, buna görə də orda çıxış etdiyim zaman heyətə düşmək üçün çalışırdım. İndi “Reyncers”ə qayıtdığıma görə şadam. Bir çox şotlandiyalı gənc bu klubda çıxış etmək istəyər. Odu ki, bu klubun üzvü olduğum üçün özümü xoşbəxt sayıram”.

 

Hallidey Azərbaycanda oyunlara az sayda azarkeş gəlməsinə də toxunub: “Mən “Reyncers”də möhkəmlənmək istəyirəm. Burda üzərimdə böyük təzyiq olacağını bilirəm. Səbrli olmalıyam. “Reyncers” böyük klubdu və burda Azərbaycandakı kimi 1500 azarkeş qarşısında oynamayacağımı bilirəm”.


Ötən yay Azərbaycana gələn Hallidey bu klubda cəmi 8 oyun keçirdikdən sonra qış transfer pəncərəsində müqaviləylə bağlı olduğu “Reyncers”ə qayıdıb: “Qəbələ”dəkilər mənə kömək etmək üçün əllərindən gələni əsirgəmədilər.

 

Daha çox oyun keçirmək istəyirdim, lakin vaxt keçdikcə istədiyim qədər oyun praktikası əldə etmədim. Geri döndüyüm üçün çox məmnunam. Burdan ayrılmam çox şanssız bir qərar idi, amma tezliklə geri dönmək üçün bir fürsət olacağını bilirdim və bunu gözləyirdim”.


Şotlandiyalı oyunçu “Qəbələ”də oynadığı dövr haqqında nə danışacağını bilmədiyini, ancaq burada özünü yaxşı hiss etmədiyini bildirib: “Ora gedəndən cəmi 7 gün sonra artıq geri dönmək haqqında düşünürdüm.

 

Qərarımın səhv olduğunu bilirdim, amma başqa yerə getmək üçün icazə verməyəcəklərinin də fərqində idim. Buna görə də mümkün qədər pozitiv olmağa və vaxtımı gözləməyə başladım. Azərbaycanda keçirdiyim bir neçə ay çox çətin oldu.

 

İngiliscə bilən adamlar az idi. Ailəm yanımda deyildi. Sevgilimin Şotlandiyada davamlı işi olduğu üçün mənimlə gəlməmişdi. Yaxşı ki, komandada bir neçə hollandiyalı oyunçu var idi və onlarla ingilis dilində ünsiyyət qura bilirdim. 6 ay müddətində əsasən onlarla münasibət qurdum”.


Hallidey “Qəbələ”də olduğu vaxt bir neçə oyunda mərkəz müdafiəçisi kimi çıxış etdiyini və buna çox təəccübləndiyini də deyib: “Üç matçda mərkəz müdafiəçisi kimi oynadım.

 

Komandanın iki xarici müdafiəçisi var idi və ikisi də zədələndi. Bu məqamda heç vaxt oynamadığım mövqedə çıxış etməli oldum. Üç matçda da qapımızda qol görmədik. Mənim üçün yeni bir təcrübə idi”.


Britaniyalı Premyer Liqamızda tətbiq olunan legioner limitinin ona problem yaratmasını önə çəkib: “Avropa Liqası və kubok görüşlərində əcnəbi oyunçu limiti olmadığı üçün heyətə düşə bilirdim. Xüsusilə də “Qəbələ”nin Avroliqada çıxış etməsi qərarımda həlledici rol oynadı.

 

Bir əvvəl qrup mərhələsində oynamşdılar, bu dəfə də yaxşı şansları var idi. Amma püşk bizim üçün uğursuz oldu. Polşa komandasını keçsək də, “Panatinaikos”la bacarmadıq. Avropada qazandığım təcrübə üçün minnətdaram, amma bundan başqa maraqlı nəsə olmadı”.

Tarix: 12 Yanvar 13:12    Oxunub: 458    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.