“Neftçi”nin hücumçusu Estoniyada karyerasını bitirdi

“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov futbolçu karyerasını bitirib.

 

Sportinfo.az xəbər verir ki, o, 34 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Voskoboynikov bundan sonra əvvəllər şərəfini qoruduğu “Levadiya”nın akademiyasında idman direktoru kimi çalışacaq. 

 

Voskoboynikov 2009/10 mövsümündə “Neftçi”nin şərəfini qoruyub. O, “ağ-qaralar”ın heyətində ümumilikdə 11 oyun keçirib, 1 qol vurub.

 

Estoniyalı sabiq hücumçu karyerası ərzində Bakı təmsilçisindən başqa, “Eupen”, “Brussels”, “Torpedo” (Moskva), “Ximki”, “Dinamo” (Tiflis), “Luç Energiya” kimi komandalarda da top qovub. Onun son çıxış etdiyi klub Estoniya “İnfonet”i olub.

 

2007-2013-cü illər aralığında Estoniya yığmasının da şərəfini qorumuş Voskoboynikov, millidə keçirdiyi 36 oyunda 4 qol vurub.

Tarix: 12 Yanvar 13:00    Oxunub: 238    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.