“Zirə” yığmanın baş məşqçisinin ərini yuxarı apardı

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov özünə yeni köməkçi götürüb.

 

Qəsəbə təmsilçisinin əvəzedici heyətində Hüseynqulu Quliyevin kömkçisi olan bolqarıstanlı Kamen Vasilyev bundan sonra əsas komandada çalışacaq.


Çünki Abbasovun yardımçısı Zaur Həşimov paralel olaraq 19 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisidi.

 

Onun rəhbərlik etdiyi kollektiv hazırda toplanışdadı. Vasilyev “Zirə”nin əvəzedici heyətinin baş məşqçisi olduğu dövrdə də Abbasovun köməkçisi olu”.


Balkanlı mütəxəssis daha əvvəl “Zirə”nin əvəzedici komandasının baş məşqçisi vəzifəsində də çalışıb.

 

Sportinfo.az-ın məlumatına görə, Vasilyev bura «Bakı»dan gəlib. Bir neçə il «zolaqlılar»ın uşaq futbol akademiyasında çalışıb. O, gimnastika üzrə qadınlardan ibarət millinin baş məşqçisi Mariya Vasilyevanın həyat yoldaşıdı.

Tarix: 12 Yanvar 12:36    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.