“Qəbələ“nin pərt etdiyi Ukrayna millisinin üzvü Bakı yolunda

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov həmyerlisini bura gətirməyə hazırlaşır.
 
Sportinfo.az xəbər verir ki, Polşadan - "Yagelloniya"dan ayrılan Dmitri Xomçenovski ilə danışıqlar aparılır.

 

Maksimovun sözlərinə görə, 27 yaşlı yarımmüdafiəçiyə təklif göndərib və ondan cavab gözləyir. Xomçenovski karyerasına Donetsk “Olimpik”ində başlayıb.

 

Daha sonra “Krivbass”, “Zarya”, İspaniyada “Ponferradina” və Polşada “Yagelloniya” klublarında oynayıb.

 

Ukrayna millisində 4 oyun keçirən futbolçu bir neçə gün öncə polyaklarla əməkdaşlığa son qoyub və yeni komanda axtarışındadı. 

 

O, iyulun 13-də Bakıda olub. Avropa Liqasının ikinci təsnifat mərhələsində «Qəbələ» ilə düşən «Yagelloniya»nın qafiləsində yer alıb. Və hər iki matçı sonadək ehtiyat skamyadan izləyib.

 

Maksimov “footboom.com” nəşrinə bunları bildirib: “Onunla iki həftə əvvəl maraqlanmağa başladıq. Yenidən söhbət edəcəyik, hazırda bizim dəvətimizi düşünür.

 

Qəbul eləsə, “Keşlə”nin oyunçusu olacaq. Komandama başqa ukraynalı futbolçu cəlb edəcəyəmmi? Buna baxacağıq”.

Tarix: 12 Yanvar 11:48    Oxunub: 380    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.