Millimizin futbolçusu klub rəhbərliyinə “instagram”da meydan oxudu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Ayntraxt”ın əsas komandası ilə birgə İspaniya toplanışına, intizamsızlığa yol verdiyi üçün aparılmamasından dərs çıxarıb.

 

Sportinfo.az xəbər verir ki, 19 yaşlı hücumçu bu barədə şəxsi “instagram” səhifəsində yazıb. Qeyd edib ki, baş verən olay onu ruhdan salmayacaq.


O, topa zərbə vurarkən havada olduğu an çəkilən şəklini paylaşıb və bu sözləri yazıb:  “Yüksəkdən uçursuzsa, düşüşünüz də dərinə olacaq.

 

Lakin önəmli olan daha yüksək səviyyədə uçmaq üçün sınmamaq və nəfəs almağa davam etməkdi. İncəsənət o zaman qalır ki, yenidən ayağa qalxırsan və uçursan. Heç vaxt “sınmırsan”, yoluna davam edirsən”.


Alman həmkarlarımız Dadaşovun bununla klubun idman direktoru Fredi Bobiçə cavab verdiyini düşünürlər. Çünki Bobiç bir müddət əvvəl 19 yaşlı forvardı qeyri-peşəkarlıqda, üzərində çalışmamaqda günahlandırmışdı.

 

Renat Dadaşovun “Ayntraxt”ın əsas komandası ilə birgə İspaniyaya - Mursiyadakı toplanışa aparılmamasına səbəb onun istirahət vaxtı hazırılıq planına əməl etməməsi və fiziki durumunun zəifləməsidi.

 

Gənc forvard hazırda Frankfurt təmsilçisinin 19 yaşadək futbolçulardan ibarət komandasının düşərgəsində yer alıb. 

 

“Ayntraxt”la müqavilə müddəti 2020-ci ilə qədər olan yığma üzvünün III Liqada çıxış edən "Halleşer”ə icarəyə verilməsi gündəmə gəlib.

Tarix: 12 Yanvar 11:36    Oxunub: 394    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.