Adada ondan narazıdılar, yerinə başqa hücumçu istəyirlər

"Vest Hem” hücumçusu Xavyer Hernandesi transferə çıxaracaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.

 

Xəbərdə “Vest Hem” rəhbərliyinin və məşqçilər heyətinin mövsümün əvvəlində 18 milyon avro qarşılığında “Bayer”dən transfer edilən Çiçarito ləqəbli futbolçunun oyunundan narazı qaldığı qeyd edilib.

 

London təmsilçisinin baş məşqçisi Devid Moyesin əvvəlki baş məşqçi Slaven Biliçin dövründə transfer edilən meksikalı hücumçunun ayrılmasının əleyhinə olmadığı, onun yerinə yeni forvard istədiyi vurğulanıb.

 

“Vest Hem”in Çiçarito ilə yanaşı, Andre Ayyu və Endi Kerrolla da yollarını ayıracağı gözlənilir. 29 yaşlı futbolçu cari mövsümdə şans qazandığı 21 matçda 4 qola imza atıb.

Tarix: 12 Yanvar 11:12    Oxunub: 110    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.