Azərbaycan millisi Antalyada "Alanyaspor"la görüşəcək

 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.

 

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rəşad Sadıqovun baş məşqçi olduğu yığma “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.

 

Yanvarın 16-da keçiriləcək görüş yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlanacaq. 

 

U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Tarix: 12 Yanvar 10:36    Oxunub: 94    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.