Heç bir məbləğ ödəmədi - Aylıq bütün xərclərini qarşılamalıdı

“Roma” braziliyalı müdafiəçisi Leandro Kastanı yenidən icarəyə verib.

 

Sportinfo.az xəbər verir ki, 31 yaşlı futbolçu bu dəfə “Kalyari”yə üz tutub. O, mövsümün sonunadək bu klubun uğurları üçün çalışacaq.

 

Amma “Kalyari” müqavilə başa çatanda onun transfer hüququnu almaqda maraqlı olmadığından, mövsüm bitən kimi, futbolçu yenə “Roma”nın sıralarında qayıdacaq.

 

“Kalyari” Kastana görə “canavarlar”a heç bir məbləğ ödəməyib. Əvəzində bu klub futbolçunun “Roma”dakı aylıq bütün xərclərini qarşılamalıdı.

 

Braziliyalı “Roma”ya 2012-ci ildə “Korintians”dan transfer edilib. O, bu komandanın heyətində 81 oyun keçirib, 1 qol vurub. Bu müddət ərzində futbolçu “Sampdoriya” və “Torino”da icarə əsasında oynamağa da imkan tapıb.

Tarix: 12 Yanvar 10:24    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.