Bu sözləri Rəşad Sadıqova heç kim deməmişdi, Mahir Şükürov dedi

Azərbaycan millisinin keçmiş müdafiəçisi Mahir Şükürov "CBC Sport” telekanalında yayımlanan "3-cü hissə” verilişində qonaq olub.

 

Sportinfo.az xəbər verir ki, karyerası ərzində müxtəlif klublarda çıxış etmiş və son olaraq uzun illər oynadığı "Neftçi”nin formasını geyinmiş sağ cinah müdafiəçisi maraqlı açıqlamalar verib.

 

O, əvvəlcə "Neftçi”də işlədiyi aşağı yaş qruplarından ibarət komandadan ayrılmasına aydınlıq gətirib: "Uşaqlarla işləmək çox çətin idi. Böyük yaş qrupu üzrə komanda verilsəydi, qalıb çalışardım. Biz "Neftçi” üçün can qoymuşuq, oynamışıq, uğurlarında adımız var.

 

Amma baxırıq ki, bu gün komandaya aidiyyatı olmayan adamlar orda işləyir. Belə baxanda Rəşad Sadıqov karyerasını bitirməmiş artıq "Qarabağ”da U-19-da işləyirdi, amma ona böyük qrup vermişdilər, ona görə də Rəşad üçün işləmək asan idi”.
 
Şükürov forma kolleksiyası haqqında danışarkən, "Neftçi”nin heyətində İtaliya "İnter”i ilə oynadığı vaxt formasını əldə etdiyi Koutinyonun gələcəkdə yaxşı futbolçu olacağını "gördüyünü” deyib.
 
Mahir "Azərbaycanda müstəqillik dövrünün ən yaxşı futbolçusu Rəşad Sadıqovdumu?” sualını da cavablandırıb. O, bu fikirlə razılaşmadığını bildirib: "Oynadığım hər yerdə - istər xaricdə, istərsə də, Azərbaycanda özümü həmişə ən yaxşı saymışam.

 

Müstəqillik dövrünün ən yaxşısı kimi Rəşadı seçmək isə məncə, yanlışdı. O, gəlib mənim mövqeyimdə, mən də onun yerində oynaya bilmərəm. Hərə öz mövqeyində ən yaxşı seçilməlidir. Kamran Ağayev var, Vaqif Cavadov var, Qurban Qurbanov və s. Mən, məsələn, öz mövqeyimdə həmişə özümü hamıdan yaxşı hesab edirəm. Bizim vaxtımızla indini müqayisə etsək, bu gün millinin sağ cinahı çox zəifdir”.
 
Şükürov proqramın aparıcısı Elnur Məmmədlinin "Təmkin Xəlilzadə hazırda cinahda yaxşı oynasa da, nədənsə, asmalardan çox istifadə etmir. Daha çox cərimə meydançasına girməyə can atır. Sanki millidə bu nüans çatışmır” iradını da özünəxas şəkildə cavablayıb: "Mahir gedəndən sonra olmayacaq da. Məndə bu, allah vergisi idi, qıldığım namazların, duaların nəticəsi idi”.

Tarix: 12 Yanvar 10:00    Oxunub: 475    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.