"Səbail" Antalyaya yollanana qədər daha iki matç keçirəcək

Mövsümün qalan hissəsinə Bakıda hazırlaşan “Səbail” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının debütantı “Bayıl Arena”da Birinci Divizionda mübarizə aparan “Sabah”la qarşılaşıb. Tərəflərin cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb.

 

"Səbail" Antalyaya yollanana qədər daha iki matç keçirəcək. Yanvarın 15-də "Bayıl Arena"da digər Birinci Divizion təmsilçisi "Xəzər"lə qarşılaşacaq Samir Əliyevin komandası bundan 3 gün sonra Sumqayıtda bu şəhərin eyniadlı komandası ilə üzləşəcək.

Tarix: 12 Yanvar 09:36    Oxunub: 135    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.