"Bura gələnədək Azərbaycandan heç bir futbolçunu tanımırdım"

"Cəmi bir həftədir ki, burdayam. Yeni klubum və komanda yoldaşlarım barədə suala cavab vermək üçün daha çox vaxt tələb olunur. Çünki hələ bir-birimizi tanımalı və meydanda uyğunlaşmalıyıq".

 

Sportinfo.az xəbər verir ki, bunu "Keşlə"nin yeni transferi Pablo Podio deyib. Çexiyalı "Zlin"indən gələn 29 yaşlı yarımmüdafiəçi digər oyunçularla birgə "Keşlə"yə kömək etməyə gəldiyini bildirib:

 

"İlkin mərhələ üçün müqaviləm mövsümün sonunadək nəzərdə tutulub. Mövsüm bitdikdən sonra "Keşlə" rəhbərliyi ilə oturub gələcək üçün qərar verəcəyik. Hələlik klubun prezidenti Zaur Axundovla görüşməmişəm.

 

Görüşəndə "Keşlə" və klubun gələcəyi barədə danışacağıq. Bura gələnədək Azərbaycandan heç bir futbolçunu tanımırdım. Yalnız bilirdim ki, qapıçı Kamran Ağayev Çexiya çempionatında çıxış edib".

 

Argentinalı legioner Azərbaycan komandalarından "Qarabağ"ı da tanıdığını söyləyib. Lakin o, Ağdam komandası və "Qəbələ" ilə görüşlərdə çətinlik çəkəcəklərinə inanmadığını bildirib:

 

"Bizim yaxşı, texnikalı oyunçularımız var. Matç o vaxt çətin olur ki, özün zəif oynayırsan. Belə rəqiblərlə oynamağa qadirik"

Tarix: 12 Yanvar 09:24    Oxunub: 188    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.