Samir Abasov "Sumqayıt"ı soyuqdan üşüməyə qoymayacaq

"Sumqayıt"ın qış hazırlıq planına tam aydınlıq gəlib. 

 

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-dən hazırlığa başlayan "gənclik şəhəri" təmsilçisi yanvarın 19-dək Sumqayıtda çalışacaq.

 

Baş məşqçi Samir Abasovun planına əsasən, bu müddət ərzində komanda 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Yanvarın 15-də rəqib "Qaradağ Lökbatan", yanvarın 18-də isə "Səbail" olacaq. Görüşlər "Kapital Bank Arena"da baş tutacaq.

 

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda "The Sense De Luxe" hotelində məskunlaşacaq.

 

"Sumqayıt" qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Abasovun komandası yanvarın 25-də Polşanın "Poqon", yanvarın 28-də Makedoniyanın "Akademiya Pandev", yanvarın 31-də Rusiyanın "Anji", fevralın 3-də isə Serbiyanın "Mladost" klubları ilə qarşılaşacaq.

Tarix: 12 Yanvar 09:12    Oxunub: 142    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.