Millimizin forvardını Türkiyənin bu klubunda görəcəyik

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz "Gənclərbirliyi”nə transfer olunub.

 

Sportinfo.az xəbər verir ki, 30 yaşlı forvardla 1,5 illik müqavilə razılaşdırılıb. 

 

Müqavilə ilə "Bursaspor”a məxsus olan Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb.

 

Super Liqada çıxış edən "Gənclərbirliyi” 17 turdan sonra 14 xalla 17-ci pillədə qarşılaşıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti oyununu yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab matçı çərçivəsində məhz Bursa təmsilçisinə qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəliblər.

Tarix: 12 Yanvar 08:36    Oxunub: 205    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.