“Traktorsazi” yenə uduzdu

İran çempionatında 19-ci turun oyunları keçirilir.

 

Sportinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

 

Cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən təbrizlilər bu dəfə səfərdə “Naft Tehran”a məğlub olublar – 0:2.

 

Təbrizin digər təmsilçisi “Göstəriş” isə bu gün doğma meydanda “Fulad Xuzestan”la qarşılaşacaq. “Göstəriş” hazırda 26 xalla 16 klub arasında 8-ci, “Traktorsazi” isə 21 xalla 11-ci pillədə qərarlaşıb.

Tarix: 12 Yanvar 08:00    Oxunub: 48    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.