Azərbaycanda mümkün deyil - 50 yaşlı futbolçuyla yeni müqavilə

Yaponiya ikinci liqasında çıxış edən “Yokohama” 50 yaşlı oyunçusu Kazuyoşi Miura ilə yeni müqavilə bağlayıb.

 

Sportinfo.az xəbər verir ki, klubdan edilən açıqlamada bu ilin fevralında 51 yaşını qeyd edəcək Miura ilə müqavilənin mövsümün sonuna kimi uzadıldığı qeyd edilib.

 

Yapon futbolçu dünyada peşəkar karyerasını davam etdirən ən yaşlı futbolçudu. Peşəkar karyerasına 1986-cı ildə başlayan Miura 32 illik karyerası ərzində Braziliyanın “Santos”, İtaliyanın “Cenoa”, Xorvatiyanın “Dinamo” (Zaqreb), Avstraliyanın “Sidney” kimi komandalarında da top qovub.

 

“Kral Kazu” ləqəbli futbolçu 1990-2000-ci illər aralığında Yaponiya millisinin də şərəfini qoruyub. O, millidə meydana çıxdığı 89 oyunda 55 qola imza atıb.

Tarix: 12 Yanvar 00:00    Oxunub: 147    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.