"Topaz" 30 hakimin pulunu verdi – Yedizdirib-içizdirəcəklər

Yanvarın 20-dən fevralın 3-dək Türkiyənin Antalya şəhərində hakimlər üçün təlim-məşq toplanışı təşkil olunacaq.

 

AFFA-nın saytının yaydığı xəbərə görə, toplanışa Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov rəhbərlik edəcək.

 

Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynovun təlimatçı, Namiq Quliyevin isə məşqçi kimi fəaliyyət göstərəcəyi hazırlıq prosesində edəcək hakimlərin siyahısını təqdim edirik:

 

Referilər: Əliyar, Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Ramil Diniyev, İnqilab Məmmədov, Orxan Məmmədov, Elvin Əsgərov, Nicat İsmayıllı, Rəşad Əhmədov, Nail Nağıyev, Xəlil Xəlilov, Vüqar Həsənli, Etibar Həsənov

 

Referi köməkçiləri: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Rza Məmmədov, Akif Əmirəli, Mübariz Haşımov, Rahil Ramazanov, Cəmil Quliyev, Elman Kərimov, Cavanşir Yusifov, Vüqar Bayramov, Elşad Abdullayev, Vüsal Qənbərov, Eyyub İbrahimov, Məmmədəli Kərimov.


Sportinfo.az-ın məlumatına görə, səfər «Topaz»ın maliyyəsi hesabına təşkil olunacaq. AFFA-nın büdcəsindən bunun üçün vəsait ayrılmadığından, Peşəkar Futbol Liqası problemi Premyer Liqanın titul sponsorunun dəstəyi ilə çözüb. 


Hakimlər Antalyada ümumilikdə 60-a yaxın oyun idarə edəcək. Adətən, qafilədə 40-50 nəfər yer alırdı, bu dəfə say minimuma endirilib. «Topaz»ın gücü yalnız 30 nəfərin məsrəflərini qarşılamağa çatıb.

Tarix: 11 Yanvar 20:12    Oxunub: 242    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.