"Düzünü desəm, mən bunu Tərlan Əhmədovdan gözləmirdim"

“Neftçi”nin yeni transferi İlkin Qırtımov müsahibə verib.

 

Sportinfo.az xəbər verir ki, “Keşlə”ni “ağ-qaralar”a dəyişməsinin səbəblərini açıqlayan  müdafiəçi azarkeşlərə də mesaj göndərib.

 

“Keşlə”dən ayrılmağına nə səbəb oldu: klubun maddi durumu, baş verən məlum qalmaqal, yoxsa “Neftçi”dən aldığın təklif?

- Nə maddi vəziyyət, nə də qalmaqal. Bunların heç biri. Sadəcə, “Keşlə”dən ayrılmaq istəyirdim. 3 il idi ki, bu komandada idim. Klubumu dəyişmək istəyirdim. Ona görə də belə alındı.

 

Maraqlıdır, “Neftçi”dən başqa, hansısa klub və ya klublardan təklif almışdınmı?

- Əlbəttə, təkliflər var idi. Yaxşı komandalardan dəvət almışdım. Amma mən “Neftçi”ni seçdim.

 

Niyə məhz “Neftçi”?

- Tərlan müəllim məni öz komandasında görmək istədi. Dedi ki, sənə inanıram. Ona görə də “Neftçi”yə keçdim. Özümü yaxşı tərəfdən göstərim, baş məşqçinin inamını boşa çıxarmamalıyam.

 

Sən özün Tərlan Əhmədovdan belə bir təklif gözləyirdinmi?

- Düzünü desəm, gözləmirdim. Sağ olsunlar, dəyər verib, təklif göndərdilər. Tərlan müəllim istədi deyə “Neftçi”yə gəldim.


Baş məşqçi səni komandada görmək istəsə də, “Neftçi” azarkeşləri transferini bir qədər narazılıqla qarşıladılar...

- Sosial şəbəkələri izləmirəm. Amma ordan-burdan eşitmişəm. Çalışacam ki, onların da etimadını doğruldum, başlarını uca edim. Əlimdən gələni edəcəm. Yaxşı nəticə göstərməliyik ki, azarkeşlərimiz 
də şad olsunlar.

 

Yəqin özün də bilirsən ki, “Neftçi” fanatları həm çılğın, həm də çox tələbkardırlar...

- Bütün gücümlə çalışacam ki, öz oyunumla onların qəlbinə yol tapım.

 

Yanvarın sonlarında milli komandanın toplanışı olacaq. Ümumiyətlə, yığmaya çağırılacağını gözləyirsən?

- Hər bir futbolçu milliyə dəvət almaq istəyər. Amma oynamaq lazımdı. Danışmaqla iş bitmir. Əsas odur ki, meydanda özünü göstərəsən. Onlar da sənin oyununu görüb, milliyə çağırsınlar (qol.az).

Tarix: 11 Yanvar 19:36    Oxunub: 474    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.