"Onlar bir-birləri ilə gəlib AFFA-da tanış olublar"

«Milli komandalardakı son yeniliklərlə əlaqədar bu strukturda bəzi dəyişikliklər olub» - bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdulla deyib. 


Bu gün saytımızda verilən məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov qurumda islahatlar aparmağa başlayıb.


Onun «qara siyahısı»na düşənlərin başında özünün yaxın qohumu dayanır. Xeyli müddətdi federasiyada texniki direktor Bernard Lippertin müavini postunu tutan Zaur Hacı-Məhərrəmov artıq vəzifəsindən uzaqlaşdırılıb.


O. əsasən yığma komaendaların təşkilati işləri üzrə məsul idi. Millinin əksər məşqçiləri ilə «əl əli yuyar, əl də qayıdıb üzü» prinsipi əsasında çalışmasına dair çoxsaylı iddialar var.


Biz deyə bilmərik ki, söylənilənlər həqiqətdi, yaxud baş katib əzizini məhz bu səbəbdən AFFA-dan uzaqlaşdırıb, Sadəcə, dəqiq olan budu ki, Zaur Hacı-Məhərrəmov Qurban Qurbanovun yeni işçi komandasında yer almayacaq.


F.Abdullanın bildirdiyinə görə, ZMəhərrəmov baş katibin qohumu deyil: «Onlar bir-birləri ilə gəlib AFFA-da tanış olublar. Heç bir qohumluq əlaqələri yoxdu.

 

Artıq AFFA-da texniki direktorun müavini postu yoxdu, ləğv edilib. Amma Məhərrəmov bundan sonra da federasiyada qalacaq. O, müxtəlif kateqoriyalar üzrə məşqçi kurslarının təşkilatı işləri ilə məşğul olacaq".

 

Tarix: 11 Yanvar 18:12    Oxunub: 445    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.