"Qarabağ"dan gələn: "Sərfəli təklif olsa, "Keşlə" ilə danışıqlar aparacağıq"

Sportinfo.az xəbər verir ki, "Keşlə"də baxışda olan serbiyalı yarımmüdafiəçi Nemanya Stoyanoviç sualları cavablandırıb. 

 

"Qaradağ Lökbatan"la yoxlama oyunu barədə təəssüratlarınız necədi?

- Biz çox yaxşı oynadıq. Bu, mənim "Keşlə"də ilk oyunum idi. Hələlik sınaq dövründəyəm. Hesab edirəm ki, "Keşlə" çox gözəl, gənc komandadır. Eyni zamanda bizim kimi gənclərə dəstək ola biləcək təcrübəli oyunçuları var.

 

Nə vaxt müqavilə bağlayacaqsız?

- Hələ bilmirəm. Klub prezidenti Zaur Axundovla danışmalıyam. Hazırda baxışdayam. Sərfəli təklif olsa və özüm də "Keşlə" üçün faydalı olsam, danışıqlar aparacağıq.

 

Yeni baş məşqçi Yuri Maksimov xoşunuza gəlir?

- Onunla çox da ünsiyyətdə olmamışıq. Amma iş üslubuna əsasən, hesab edirəm ki, çox gözəl baş məşqçidir. Dünən komandamızın məşqi gözəl alındı. Ümid edirəm ki, burada qalacağam.

 

Hazırda turnir "Keşlə" barədə nə fikirləşirsiniz?

- Çox peşəkar klubdur. Bilirəm ki, əvvəllər "İnter" adlanıb. Bu mövsüm komandanın Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın "Mladost" komandası ilə səfər oyununu izləmişəm. Həmin görüşdə "Keşlə" inamlı qələbə qazandı. Hesab edirəm ki, çox yaxşı komandaya gəlmişəm. Burada çox peşəkarca çalışırıq.

 

"Keşlə"dən əlavə, Azərbaycan futbolu barədə nə bilirsiz?

- Mən çox şey bilirəm. Bura Avstriya "Qarabağ"ından gəlmişəm. Orada da klub prezidenti azərbaycanlıdır. Ağdam "Qarabağ"ının Çempionlar Liqasındakı oyunlarını izləmişəm. Çox yaxşı komandadır. Digər klublar barədə də məlumatım var. "Qəbələ" və "Neftçi"ni tanıyıram. "Qəbələ"nin "Çukariçki" ilə oyununu izləmişdim.

Tarix: 11 Yanvar 16:36    Oxunub: 364    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.