"Zirə" hazırlaşır, Ayxan yola çıxır, Qadze maaşının artırılmasını istəyir

Yanvarın 4-də bir araya gələn “Zirə” Bakı toplanışını davam etdirir.

 

Hazırlığa yerli futbolçularla start verən paytaxt klubunun düşərgəsinə ötən gün legionerlər də qoşulub.


Baş məşqçi Ayxan Abbasovun 5 gün artıq istirahət verdiyi əcnəbilər - Yovan Krneta, Sadio Tounkara, Viktor İqbekoyi, Milan Duriç və Riçard Qadze Bakıya qayıdıb.

 

Qəsəbə təmsilçisində yalnız Jozef Bum məşqlərə qatılmır. Zədəli olan kamerunlu müdafiəçi hazırda ölkəsində müalicə alır. Bum yanvarın 13-də məşqlərə başlayacaq.


 “Zirə” yanvarın 21-də Antalyaya yollanacaq və fevralın 4-dək hazırlığını orda davam etdirəcək. Ayxan Abbasov isə Belarus səfərinə hazırlaşır.

 

Bu ölkəyə PRO kateqoriyalı məşqçi kursunda iştirak etmək məqsədiylə yollanacaq. Yanvarın 13-də səfərə çıxacaq gənc mütəxəssis 3 gün bu ölkədə olacaq. 


Klub rəhbərliyi isə onadək Qadze ilə bağlı yaranmış yeni problemi aradan qaldırmaplıdı. İş ondadı ki, qanalı hücumçu bu aydan etibarən əməkhaqqısının artırılmasını tələb edir.

 

Ötən mövsümün əvvəlindən Azərbaycxanda çıxış edən afrikalının ilk 1 itl üçün ayına 3000 dollar qazandığı söylənilir.

 

Qadze yayda da maaş söhbətini qaldıraraq, onun 5000 dollaradək artırılmasına nail olmuşdu. Görünür, bu məbləğ də ona azlıq edir indi… (Sportinfo.az)

Tarix: 11 Yanvar 15:00    Oxunub: 498    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.