Ançelotti "Arsenal"ın yeni baş məşqçisi olmağa razılıq verdi

"Bavariya"nın sabiq baş məşqçisi Karlo Ançelotti İngiltərə "Arsenal"ının sükanı arxasına keçəcək.

 

Sportinfo.az xəbər verir kiLondon klubu hazırkı baş məşqçi Arsen Vengerlə mövsümün sonunda yollarını ayırmaq niyyətindədir. Fransalı mütəxəssisi isə italiyalı həmkarı əvəzləyəcək. 

Artıq Ançelotti "Arsenal"da çalışmağa razılıq verib. 58 yaşlı mütəxəssisin İngiltərə Premyer Liqasında "Çelsi" ilə iş təcrübəsi var. O, "topçular"ın baş məşqçisi kimi 10 milyon avro qazanacaq. Bura mükafatlar daxil deyil. 

Qeyd edək ki, Karlo Ançelotti İtaliya yığmasının baş məşqçi postuna da namizədlər siyahısındadır.

Tarix: 11 Yanvar 14:24    Oxunub: 168    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.