Elxan Məmmədov yaxın qohumunu AFFA-da vəzifədən götürdü

AFFA-nın baş katibi Elxan Məmmədov qurumda islahatlar aparmağa başlayıb.

 

Sportinfo.az-ın məlumatına görə, onun «qara siyahısı»na düşənlərin başında özünün yaxın qohumu dayanır. Xeyli müddətdi federasiyada texniki direktor Bernard Lippertin müavini postunu tutan Zaur Hacı-Məhərrəmov artıq vəzifəsindən uzaqlaşdırılıb.


O. əsasən yığma komaendaların təşkilati işləri üzrə məsul idi. Millinin əksər məşqçiləri ilə «əl əli yuyar, əl də qayıdıb üzü» prinsipi əsasında çalışmasına dair çoxsaylı iddialar var.

 

Biz deyə bilmərik ki, söylənilənlər həqiqətdi, yaxud baş katib əzizini məhz bu səbəbdən AFFA-dan uzaqlaşdırıb, Sadəcə, dəqiq olan budu ki, Zaur Hacı-Məhərrəmov Qurban Qurbanovun yeni işçi komandasında yer almayacaq.

Tarix: 11 Yanvar 14:12    Oxunub: 411    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.