Adamını Azərbaycana göndərdi: "Elə klub axtarıram ki…"

Cənubi Afrika Respublikasının "Supersport Yunayted" klubunun futbolçusu Dove Vomenin karyerasını Azərbaycanda davam etdirmək variantı var.


Bu barədə 26 yaşlı vingerin agenti Maykl Nqobeni məlumat verib. Agent bildirib ki, Vome üçün Azərbaycanda klub axtarır.


2009-cu ildən Toqonun əsas yığmasına dəvət alan yaprımmüdafiəçi mövsümün ilk hissəsini icarə əsasında "Orlando Payrets"də keçirib.


Nqobeni bildirib ki, müştərisi hazırkı klubunda xoşbəxt deyil. Futbolçu özü də komandasından ayrılmalı olduğunu açıqlayıb:

 

“Baş məşqçi mənə dedi ki, özümə klub axtarım, müqavilə müddətim uzadılmayacaq. Əslində “Super Sport”da mənə çox xoş idi, amma artıq məni heyətdə görmək istəmirlər. Baş məşqçi buna razılıq verməyib.

 

Çünki onun məni oynatmaq fikrinin olmadığını gördüm. Görünür, onun sisteminə uyğun gəlmədim. Qarşıdakı 6 ayı ehtiyatda keçirməmək üçün rəhbərliklə görüşdüm və klubla yollarımı rəsmən ayırdım. Elə bir klub axtarıram ki, davamlı oynaya bilim». 


Yığmada meydana çıxdığı 35 oyunda 6 qola imza atan 26 yaşlı oyunçu "Supersport Yunayted" ilə yayda bitəcək müqaviləni dünən qarşılıqlı şəkildə pozub və azad agent statusuna yiyələnib.


Sportinfo.az xəbər verir ki, artıq onu transfer etmək istəyən klub təzminat ödəmədən onu sıralarına qatacaq. CAR mətbuatı hücumameyilli oyunçunun Azərbaycanda klub axtardığını bildirir.

 

Hətta xəbərdə Vomenin menecerini bu məqsədlə ölkəmizə göndərdiyi də vurğulanıb. Onunla həmçinin CAR klubları “Kape Taun” və “Orlando Pirates” də maraqlanır.

Tarix: 11 Yanvar 13:24    Oxunub: 484    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.