Fransa klubunun yarım milyonluq ulduzu “Qarabağ“a təklif olundu

“Renn”in futbolçusu Yakuba Silla karyerasını Azərbaycanda davam etdirə bilər.


Bu barədə Fransa mətbuatı məlumat yayıb. Bildirilir ki, Silla bir neçə ölkədən təklif alıb və onlar arasında Azərbaycan da var.

 

Lakin “Renn” son mövsümü “Panatinaikos”da keçirmiş yarımmüdafiəçi üçün 500 min avro tələb edir. Onların bu istəyi Sillanın “Osmanlıspor”a keçidinin də qarşısını alıb.

 

“Renn”in transferə çıxardığı Mali yığmasının kapitanının aqibətinə tezliklə aydınlıq gələcək. 28 yaşlı futbolçu üçün artıq “Legiya”dan da təklif gəlib.

 

Polşa təmsilçisi afrikalını icarəyə götürmək üçün Liqa 1 təmsilçisinə müraciət edib. Fransızlar isə  futbolçuya bir neçə variant  təklif edib.

 

Belə ki, onlar Sillanın Belçika təmsilçiləri “Eupen”, “Mexelen”, “Brügge”, həmçinin Azərbaycan da daxil olmaqla, bir neçə ekzotik ölkədə çıxış edə biləcəyini bildiriblər.


Yarımmüdafiə ilə yanaşı, müdafiənin mərkəzində də oynamağı bacaran Mali millisinin lideri rəhbərliyin irəli sürdüyü variantları nəzərdən keçirir.


 Sportinfo.az-ın məlumatına görə, ”Renn”lə müqavilə müddəti gələn ilin yayında bitəcək Sila ”Qarabağ”a təklif olunub. Hələ ötən ilin iyulundan bu msələ var.

 

Qurban Qurbanov ”Samtredia”nı Çempionlar Liqasının ilkin təsnifat mərhələsində mübarizədən uzaqlaşdırandan sonra qaradərilini diqqət mərkəzinə alsa da, qeyri-müəyyən səbəbdən bu transferin baş tutmasını təxirə salmışdı. 

Tarix: 11 Yanvar 12:36    Oxunub: 709    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.