“4 aydır maaş verilmir, bu miskin şirkətdən qaçın...” - Mənsimov batır

Azərbaycanlı oliqarx, "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun biznes imperiyasının çökdüyünə dair daha bir məlumat Rusiyanın dənizçilik forumlarından birində yer alıb.

 

Sportinfo.az xəbər verir ki, morehod.ru forumunda “Voljanin58” adlı istifadəçi yazır: “Palmali”də artıq 4 aydır maaş verilmir. “Palmali”yə işləməyə getməyin, bu miskin, müflis şirkətdən qaçmaq lazımdı”.

 

Ehtimal ki, söhbət “Palmali”nin Rostovdakı “Palmali” MMC adlı törəmə şirkətinin işçisindən gedir. Rusiyanın hüquq-mühafizə orqanları bu şirkətin iri məbləğdə vergidən yayınması faktı üzrə araşdırmalar aparır.

 

Bundan əvvəl “Lukoil” şirkətinin prezideni Vahid Ələkbərov da “Palmali” şirkətinin müflisləşmə ərəfəsində olduğunu açıqlamışdı.

 

“Palmali”nin sahibi Mübariz Mənsimov “Lukoil”un neft treydinqi ilə məşğul olan törəmə şirkəti “Litasco”ya qarşı 2 milyard dollarlıq məhkəmə iddiası qaldırıb.

 

Mənsimov iddia edir ki, “Litasco” onun şirkəti ilə neft daşımalarına dair imzalanmış müqavilənin şərtlərini pozub. V.Ələkbərov isə bunu diqqəti “Palmali”nin batmasından yayındırmaq cəhdi adlandırmışdı.

Tarix: 11 Yanvar 12:24    Oxunub: 409    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.