“Qarabağ”dan getməyə çox israr elədi, 2 dəfə artıq pul qazandı

“Qarabağ” 2 gün öncə Dino Ndlovunu Çinə - “Xançjou Qrintaun”a satdı. Bu xəbəri ilk dəfə Sportinfo.az tirajladı.

 

Cənubi Afrika Respublikasının milli komandasının üzvü asiyalılarla 2+1 illik sözləşməyə imza atdı. Bu keçidin ağdamlılara 800 min avro qazandırdı. Bu isə 1,5 milyon manat edir.

 

Ndlovu “Qarabağ”a 2016-cı ilin yayında «Anortosis»dən transfer olunmuşdu. O, “atlılar”ın heyətində meydana çıxdığı 59 oyunda 24 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

60-cı oyun və 25-ci qolun bir addımlığında qalan afrikalı forvard 2016-cı ilin yayında keçdiyi “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

 

Premyer Liqada keçirdiyi 36 matçda 15 dəfə fərqlənən Dino kubokdakı 5 görüşdə 4 qola sevinib. Avrokuboklardakı 15 matçda isə legioner 5 dəfə rəqib qapısına yol tapıb.

mövsüm

turnir

oyun

qol

2016/17

Premyer Liqa

23

10

 

Azərbaycan kuboku

4

4

 

Avropa Liqası

7

1

2017/18

Premyer Liqa

13

5

 

Azərbaycan kuboku

1

0

 

Çempionlar Liqası

11

4

Cəmi

Premyer Liqa

36

15

 

Azərbaycan kuboku

5

4

 

Avrokuboklar

18

5

YEKUN

 

59

24

 

Qaradərili qolçu sosial şəbəkədəki hesabında Ağdam təmsilçisi ilə vidalaşıb. O, bu klubun azarkeşlərinə və üzvlərinə ünvanlanmış təşəkkür statusu yazıb: 

 

"Qarabağ”, həmişə qəlbimdə olacaqsan. Bu komanda, Azərbaycan xalqı ilə bir çox xüsusi anlar yaşadım. Ancaq indi getmək vaxtıdı. Bu, oyunun bir parçasıdı. Oyunçular gəlir və gedir. Əvvəllər də belə olub, bundan sonra da belə olacaq. Sizi sevirəm, uşaqlar". 

 

CAR-dan olan hücumçu Premyer Liqanı tərk edib, 1-ci dəstədə oynayacaq. “Xançjou Qrintaun” isə aşağı liqanın iddialılarından sayılmır. Ötən mövsüm 16 komanda arasında 9-cu olan “Xançjou Qrintaun” Super Liqaya vəsiqələrə yaxın düşə bilməyib.

 

Xançjou şəhərinin təmsilçisi 2016-cı ilin sonunda tərk etdiyi yüksək dəstəyə dönmək üçün yenidən mübarizə aparmaq istəyəcək. Bir neçə aydan sonra start götürəcək yeni mövsümdə Dino da bunun üçün komandasına kömək etməlidi.

 

O, yeni komandasında yeganə legioner olmayacaq. Ötən mövsüm burda braziliyalı hücumçular Denilson, Anselmo Ramon, avstraliyalı müdafiəçi Metyu Spiranoviç də çıxış edirdi. Mövsümlərarası fasilədə heyəti gücləndirməyi düşünən Xiançjou klubunun hücum xəttində Dinodan başqa yeniliklər etməsi istisna deyil. 

 

Artıq cənubi afrikalı hücumçunun Çin klubuyla müqaviləsinin detalları açıqlanıb. “Kingfut.com” saytının yaydığı məlumata görə, Azərbaycan çempionu keçiddən 675 min funt-sterlinq qazanıb.

 

Redaksiyamızda olan məlumata görə, Dinonun özü Çinə getməkdən ötrü çox israr edib. «Qarabağ»la sözləşməsi yayda başa çatacaq forvard bu məqsədlə Qurban Qurbanovla bir neçə dəfə danışıb və bildirib ki, Avropadan bəzi başqa təklifləri var, sadəcə, heç biri Çin klubu qədər ona pul vermir.

 

“Xançjou Qrintaun”la son görüşmə isə Dinonun ürəyini titrədib. Çinlilər onun illik qazancını 650 min avroya qədər qaldırıb. Bu isə onun Azərbaycanda qazandığından hardasa 2 dəfə çoxdu.

Tarix: 11 Yanvar 11:36    Oxunub: 581    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.