European Football Academy xarici turnirlərdə iştirak edəcək

Bakıda 4 ünvanda fəaliyyət göstərməsinə baxmayaraq, European Football Academy paytaxtın bütün rayonlarını əhatə edəcək şəbəkə yaratmaq fikrindədi.

 

Bununla da daha çox uşağı seleksiyadan keçirib, ən istedadlılarla xüsusi proqram üzrə məşğul olmaq planlaşdırılır.

 

Sportinfo.az xəbər verir ki, istedadlı uşaqların qidalanması, yaşayış tərzi və şəraiti, həmçinin məşq proqramı tamamilə Avropa üslubunda aparılacaq.

 

Bura təkcə futbol məşqləri deyil, üzgüçülük, gimnastika, yüngül atletika, döyüş növləri, şahmat və xarici dil məşğələləri daxil ediləcək.

 

Komandalar mütəmadi olaraq xarici turnirlərdə iştirak edəcək. Bu da uşaqların ölkədən kənarda tanınması və Avropa Akademiyalarına qəbul olunmaları üçün çox vacib amildi.

 

https://www.facebook.com/europeanfootballacademybaku/

 

Tarix: 11 Yanvar 10:12    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.