"Azərbaycan klubunda çıxış etməyim çox yaxşı təcrübə oldu”

"Azərbaycan klubunda oynamağım müsbət və çox yaxşı təcrübə oldu”.

 

Sportinfo.az xəbər verir ki, bunu Maltanın “Lüksol St Andreus” klubuna transfer olan “Araz”ın sabiq futzalçısı Maykon Silva deyib.

 

O, bildirib ki, Naxçıvan təmsilçisində çıxış etməklə, arzusunu gerçəkləşdirib: “Bu komandanın üzvü kimi UEFA Kubokunda oynadım. Buna nail olduğum və işimin öhdəsindən gələ bildiyim üçün xoşbəxtəm. Həmin turnirdəki çıxışımdan sonra mənim üçün yeni imkanlar yarandı”.

 

Qış fasiləsində “Araz”dan ayrılan braziliyalı hücumçu karyerasının yeni mərhələsinə əla motivasiya olunduğunu söyləyib: “Burada çox yaxşı qarşılandım. Kluba məqsədlərinə nail olmağa kömək etməyi və UEFA Kubokuna qayıtmağı səbirsizliklə gözləyirəm”.

 

Ötən ilin oktyabrında keçirilən UEFA Kubokunun qrup mərhələsinin oyununda “Araz”la “Lüksol St Andreus” qarşılaşıb. Naxçıvan klubunun 6:4 hesabı ilə qalib gəldiyi görüşdə qollardan 4-nü məhz Maykon vurub. O, UEFA Kubokunun 2 oyununda “Araz”ın heyətində yer alıb və 6 dəfə rəqib qapısına yol tapıb.

Tarix: 11 Yanvar 10:00    Oxunub: 226    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.