"Neftçi" Honduras millisinin yarımmüdafiəçisinə elə bir təklif göndərdi ki… EKSKÜLZİV FAKT

Qış fasiləsində 10 futbolçunu düşərgədən uzaqlaşdıran «Neftçi» transfer bazarında fəallığını artırıb.

 

Tərlan Əhmədovu baş məşqçi, Eldəniz Yusifovu baş menecer postuna gətirəndən sonra işləri yavaş-yavaş qaydasına düşməyə başlayan klub heyəti gücləndirmək istiqamətində konkret addımlar atır. 


Sportinfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi bu gün prezident Orxan Hüseynzadənin imzasıyla daha bir legionerə rəsmi təklif göndərib.

 

Bakılıların birbaşa müqavilə bağlamaq istədiyi futbolçu Alfredo Antonio Mejia Eskobardı. Honduras yığmasının üzvü son mövsümü Yunanıstanda keçirib. 2017-ci ilin əvvəlində «Ksanti» ilə anlaşan 27 yaşlı yarımmüdafiəçi 21 oyunda 2 dəfə fərqlənib.


«Neftçi» Alfero Mejiaya 1,5 illik müqavilə təklif edib. «Ağ-qaralar»ın şərtləri ilə razılaşsa, ilk 6 ayda 10 min dollar maaş alacaq. Növbəti mövsümdən isə əməkhaqqısı 12 min dollara qaldırılacaq.

 

Komanda bu müddətdə Premyer Liqa çempionluğunu əldə edərsə və Azərbaycan kubokunu qazanarsa, o, əlavə bonusla mükafatlandırılacaq. «Neftçi» honduraslı legionerə həmçinin Bakının mərkəzində hər cür şəraiti olan villa tutacağını vəd edib,

 

Tarix: 10 Yanvar 19:48    Oxunub: 1882    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.