MOİK-ə yeni baş məşqçi təyin olunub. Ramil Əliyev artıq 10-cu dəfə komandanın sükanı arxasına keçib.
Hər işdə klubun rəisi Rəşad Quliyevlə əlbir hərəkət edən «Rıba» ən azı mövsümün axırınadək köhnə-yeni işində qalacaq.
Onadək baş məşqçi Aqil Məmmədov idi. «Sumqayıt» və «Mil-Muğan»dan qovulan «mütəxəssis» bura Ramin Musayevin vasmitəsilə düzəlmişdi.
Peşəkar Futbol Liqasının prezidentinin adından hər yerdə istifadə etməyə öyrəncəli olan Aqil bəy MOİK rəhbərliyi ilə kəllə-kəlləyə gəlməkdən çəkinmədi.
«Hərbçilər» vəziyyəti belə görüncə, 3 futbolçunu qəsdən ondan xəbərsiz qovdu ki, Məmmədov etiraz edib ayrılsın. Belə də oldu (Sportinfo.az).