Boş qapıya qol vura bilmədi, "Neftçi"nin məşqindən qovuldu

«Neftçi»nin transferə çıxartdığı Daniel Seqoviya hələ özünə yeni klub tapmayıb.

 

Tərlan Əhmədovun xidmətində maraqlı olmadığı ispaniyalı legioner hazırda Bakıdadı.

 

31 yaşlı hücumçunun yayadək müqaviləsi olduğundan, dünənədək əsas komandayla məşqlərə çıxırdı. Seqoviyanı biz bir də düşərgədə görməyəcəyik.

 

Son məşqdə 2 metr məsafədən boş qapını dəqiq nişan ala bilməyən forvardın hərəkətləri baş məşqçini qəzəbləndirib.

 

Təcrübəli mütəxəssis onu hazırlıq prosesindən kənarlaşdıraraq, rəhbərlikdən xahiş edib ki, Seqoviyanın məsələsi tezliklə yoluna qoyulsun.

 

Doğrudan da, Elxan Abdullayev adi məşqdə boş qapıya top vura bilməyən əcnəbi forvarda 15 min dollar maaşı necə verdirib? Axı ispan futbolçunun «xaç atası» o olub. 

 

SPORTİNFO.AZ

 

Tarix: 10 Yanvar 16:24    Oxunub: 803    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.