"Üzr istəyirəm, bu hərəkəti etməli deyildim, çox peşmanam"

Futzal üzrə Birinci Liqanın 11-ci turunda baç verən xoşagəlməz hadisə ilə bağlı xəbər vermişdik. 

 

Sportinfo.az xəbər verir ki, Yarımçıq qalan turun son matçında ADBTİA hesabda 1:0 öndə olan vaxt hakim kobud oynadığına görə, “Baku Fans”ın oyunçusu Aqşin Ömərova sarı vərəqə göstərib.

 

Bu zaman Ömərov referini təhqir etdiyinə görə, qırmızı vərəqə ilə cəzalandırılıb. Futzalçının meydanı tərk etməsini tələb edən FİFA referisi Yusif Nurullayev gözləmədiyi halda “Baku Fans”ın oyunçusu tərəfindən döyülüb.

 

Xəstəxanaya aparılan hakimin xəsarət aldığı məlum olub. Hadisə ilə əlaqədar sportfm.az saytına danışan Aqşin Ömərov törətdiyi əməldən peşman olduğunu söyləyib:

 

“İnanın, həmin an nə etdiyimi bilmirdim. Hakimi vurmaq fikrim yox idi. Sadəcə, elə alındı.

 

Mən Yusif Nurullayevdən və ictimaiyyətdən üzr istəyirəm. Bu hərəkəti etməli deyildim. Çox peşmanam. İnanıram ki, Nurullayev məni bağışlayacaq”.

 

Aldığı zərbədən sonra referi oyunu idarə etməkdən imtina edib və qarşılaşma yarıda dayandırılıb. Hakim baş verənləri matçın protokolunda qeyd edib.

Tarix: 10 Yanvar 16:12    Oxunub: 399    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Aprel 2018
19 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.