Sportinfo.az-ın özəl transfer xəbəri BOMBA kimi partladı!

Sportinfo.az-ın dünən səhər saatlarında verdiyi özəl xəbər öz təsdiqini tapdı - "Qarabağ"ın cənubi afrikalı legioneri Dino Ndlovu klubdan ayırlıb.

 

Dino 2016-cı ilin avqust ayında Kiprin "Anortosis" klubundan transfer edilmişdi. 27 yaşlı forvard karyerasını Çində davam etdirəcək. 1-ci Divizion klubu “Hançjou Qrintaun” klubu Dinonu rənglərinə bağlayıb.

 

"Qarabağ"ın legioneri Yakub Jezniçak da Dino ilə birgə fotosunu sosial şəbəkə hesabında paylaşaraq ona uğurlar diləyib və "Kopenhagen"ə vurduğu qola görə təşəkkür edib.

 

 

Embedded

 

Dino sosial şəbəkə hesabında Ağdam klubundan ayrıldığını təsdiq edib: "Hər şey üçün "Qarabağ"a təşəkkür edirəm. Klubdakı hər kəs bizim üçün mümkün olan hər şeyi etdi.

 

Burda çıxış etdiyim 18 ay ərzində çox uğur qazandım. Komandayla birgə tarix yazdım. Bunlar karyeramın unudulmaz hissəsidir. Azərbaycanda çox yaxşı insanlar tanıdım.

 

Nə vaxt bura gəldim, emosiyalarım dəyişdi. Gələcəyə doğru daha yaxşı baxmağa başladım. Bu komandada çox şeyə nail olduq. Komanda yoldaşlarıma, məşqçilər korpusuna, hər kəsə təşəkkür edirəm.

 

Bu faktdı ki, "Qarabağ"la, komanda yoldaşlarımla böyük xatirlələrim var. Mənim üçün burdan ayırlmaq çox çətindi. Qanım "Qarabağ"ı sevən və onun uğrunda həyatını itirən insanlarla axacaq. Yenidən görüşənədək. Sizi sevirəm".

 

Tarix: 10 Yanvar 08:24    Oxunub: 390    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.