Sumqayıtda qadını zorlayıb öldürən idmançı budu - FOTOLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayıb sonra öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin məhkəməsi başlayıb.

 

Sportinfo.az xəbər verir ki, hakim Eldar Mikayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.


Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Prosesin qapalı keçirilməsinə qərar verilib.


Hadisə 2017-ci il avqustun 7-də Sumqayıt şəhərində baş verib. 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü, 2 uşaq anası olan Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub.

 

Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb və o, meyidi orda qoyaraq qaçıb.


F.Nuriyev 3-cü mikrorayonda qalırdı, ailəlidi və 1 övladı var.  S.Bayramova isə Sumqayıt məktəblərinin birində direktor müavini işləyən şəxsin gəlini olub. Sumqayıtda məhəllələrin birində kirayə yaşadığı bildirilir.


F.Nuriyev idmanla məşğul olub və hətta nəticələri də var. Onun Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçdiyi də yayılan məlumatlar sırasındadı.

 

Tarix: 10 Yanvar 11:48    Oxunub: 641    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.