Azərbaycanda ən aşağı maaşa baş məşqçi olmağa razılıq verdi

Birinci Divizion təmsilçisi “Binə”nin yeni baş məşqçisi məlum olub. 


Komandanı bundan sonra İsmayıl Hüseynov çalışdıracaq. Klub rəhbərliyi yeni baş məşqçi ilə 1,5 illik müqaviləyə imza atıb.


Məşqçilik karyerasına 1996-2000-ci illərdə Rusiyanın "Dinamo" (Murmansk) komandasında başlayan İsmayıl Hüseynov burda əvvəlcə köməkçi məşqçi, daha sonra baş məşqçi vəzifələrində çalışıb.

 

2005-ci ildən etibarən "Neftçi"də məşqçi kimi fəaliyyət göstərən mütəxəssis 2008-ci ildə U-19 komandası ilə Azərbaycan çempionatının gümüş mükafatını qazanıb. O, 2009-cu ildə isə "Neftçi"nin U-15 komandası ilə Azərbaycan çempionatının finalçısı olub.


Hüseynov 2011-ci ildə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", 2012-ci ildə isə "Əməkdar Məşqçi" adlarına layiq görülüb.

 

Sportinfo.az-ın məlumatına görə, aşağı dəstədə sezonun ilk yarısını 2-ci pillədə başa vuran komandanı çalışdırmağa razılıq verən Hüseynov 700 manat maaş alacaq.

 

Ondan başqası bu məbləğə işləməyə qol qoymayıb. Əməkhaqqıdan xəbər tutan başını tutaraq söhbətdən qaçıb.

 

Hətta uzun mülddət işsiz qalan, divizionun həsrətini çəkən məşqçilər belə! Müqayisə üçün deyək ki, çempionatın 10 iştirakçısı arasında ən az maaşı «Binə» verir.

Tarix: 10 Yanvar 00:20    Oxunub: 455    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.