"Qarabağ"ın "yandırdığı" xanlm: "Kim belə baş məşqçi üçün ölməz ki?"

“Atletiko” hər yerdə uğur qazanmağa can atır. Bu, həm İspaniya çempionatı, həm kubok, həm də Avropa Liqasına aiddi”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri İspaniyanın “As” nəşrinin əməkdaşı Patrisiya Kason deyib.

 

Qəzetin “Atletiko” üzrə müxbiri olan xanım jurnalist Madrid klubunun çıxışı, baş məşqçi Dieqo Simeonenin işi haqda ətraflı müsahibə verib.

 

Patrisiya komandanın hədəflərindən danışarkən yeganə üzücü məqamın “Qarabağ”la bağlı olduğunu gizlətməyib. Çempionlar Liqasının qrupundakı 2 görüşdə Azərbaycan çempionunu uda bilməməyi “Atletiko” üçün itirilən 4 xal və qitənin ən nüfuzlu klub turnirinə vida bahasına başa gəlib:

 

“Bu komandanın yalnız bir təəssüfü var - “Qarabağ”. Mən Dieqo Simeone və onun işinə heyranam. Əgər futbolçu olsaydım, bu mütəxəssisin mənə məşqçilik etməsini istəyərdim.

 

O, hər insanda ən yaxşı olanı üzə çıxarmaq qabiliyyətinə malikdi. Bu da bir sehr, möcüzədi. Onun məşq prosesi futbola hədiyyədi.

 

Simeonenin düşüncəsi, təhlilinə söz ola bilməz. Onun xidmətləri danılmazdı. Kim belə baş məşqçi üçün meydanda ölməz ki? Mən bunu gözüyumulu edərəm” (apasport.az).

Tarix: 9 Yanvar 19:36    Oxunub: 782    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.