“Azərbaycan çempionu olmaq məndə eyforiya hissi yaratdı"

“Azərbaycanda iki mövsüm keçirdim. Oynadığım ilk ildə finalda “Azərreyl”ə uduzduq. Ötən mövsüm isə eyni komandanı finalda məğlub etdik”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri Montenqro millisinin voleybolçusu Kseniya İvanoviç deyib.

 

Serbiya mətbuatına danışan xanım idmançı Azərbaycanda “Telekom”da oynadığı vaxtları xatırlayıb. İvanoviç ölkəmizdə xoş günlər keçirdiyini bildirib:

 

“Azərbaycan çempionu olmaq eyforiya hissi yaratdı məndə. Zoran Qayiç kimi güclü mütəxəssislə işləmək əla təcrübə idi.

 

İki ildə voleybol və həyat haqqında çox şey öyrəndim. Azərbaycana gəldikdə isə digər şəhərləri görmək imkanımız yox idi.

 

Çünki bütün komandalar paytaxt Bakıda məskunlaşmışdı. Amma Bakı gözəl şəhərdir. “Telekom” böyük klubdur. Son 10 ildə 9 dəfə çempion olub. Bu komandada böyük oyunçular çıxış edib”.

Tarix: 9 Yanvar 13:12    Oxunub: 247    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.