“Qarabağ”da ŞOK ayrılıq!

“Qarabağ”ın hücumçusu Dino Ndlovu karyerasını Çində davam etdirəcək.

 

Sportinfo.az-ın məlumatına görə, bir neçə həftədi davam edən danışıqlar bu gün uğurla yekunlaşıb.

 

2016-cı ilin yayında «Anortosis»dən transfer olunan cənubi afrikalı legioneri artıq “Hançjou Qrintaun”un yeni üzvü saya bilərik.

 

Asiya ölkəsinin birinci liqasında mübarizə aparan klub afrikalı forvardı tibbi baxışa dəvət edib. Transferin yaxın günləprdə açıqlanması gözlənilir.

 

«Kopenhagen»lə səfər matçında vurduğu qolla «Qarabağ»ın Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər yarışına – Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə vəsilə olan qaradərili ulduz “Hançjou Qrintaun”la 2+1 illik müqavilə imzalayacaq.

Tarix: 9 Yanvar 11:48    Oxunub: 794    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.