"Sumqayıt”: "Danışıqlar gedir"

“Sumqayıt”ın əsas komandası kimi əvəzediciləri də Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

 

Sportinfo.az xəbər verir ki, Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda bu gündən etibarən doğma arenada məşqlərə başlayıb.

 

Hazırlıq mərhələsi və ümumi plan barəsində baş məşqçi klubun rəsmi saytına açıqlama verib: "Yanvarın 8-dən etibarən hazırlıqlara start verdik. Plana uyğun olaraq, ayın 20-dən etibarən isə təlim-məşq toplanışına oturacağıq.

 

Hazırlıq mərhələsi çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk rəqib artıq məlumdu. Yanvarın 13-də öz stadionumuzda Birinci Divizion təmsilçisi "Xəzər"lə üz-üzə gələcəyik.

 

Digər yoxlama oyunları üçün danışıqlar gedir. Bu həftənin sonuna qədər bütün rəqiblər dəqiqləşəcək. Əsas məqsədimiz çempionatın ikinci yarısı üçün tam hazır vəziyyətə gəlməyimizdi".

 

Əvəzedicilərin "Xəzər"lə baş tutacaq yoxlama oyunu yanvarın 13-də Sumqayıt stadionunda keçiriləcək və saat 13:30-da start götürəcək.

Tarix: 9 Yanvar 08:12    Oxunub: 255    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.