Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbolu canlı izləyəcək

Bu həftədən etibarən Səudiyyə Ərəbistanında ilk dəfə qadınlar futbol matçlarını canlı izləyə biləcəklər.

 

Sportinfo.az xəbər verir ki, xanımların Premyer Liqanın XVII turu çərçivəsində 12 – 13 yanvarda baş tutacaq "Əl-Əhli" - "Əl-Batin" və "Əl-Hilal" - "Əl-İttihad", eləcə də ayın 18-də XVIII tur çərçivəsində keçiriləcək "Əl-İttifaq" - "Əl-Fayzali Harma" oyunlarına baxmalarına icazə veriləcək.

 

Bu oyunların keçiriləcəyi stadionlarda qadınlar üçün xüsusi sektorlar ayrılacaq. Onların oyunlara buraxılması elektron sistem vasitəsilə həyata keçiriləcək. Habelə, zərif cinsin nümayəndələri üçün xüsusi bilet proqramı hazırlanıb. 

 

Qadınların futbol matçlarına getmələrinə qoyulan qadağa ötən il oktyabrın 29-da qaldırılıb. Yeni qərar yanvarın 12-dən qüvvəyə minəcək.

 

Səudiyyə Ərəbistanının Ümumi İdman Orqanı hələlik 3 arenada - Ər-Riyaddakı Kral Fəth adına beynəlxalq stadionda, Ciddədəki Kral Abdulla adına stadionda və Əd-Dammamdakı Şahzadə ibn Fəth adına stadionda qadınların futbol matçlarını izləmələrinə icazə verib. 

Tarix: 9 Yanvar 11:24    Oxunub: 113    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2018
20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.