“Qəbələ”nin əvəzediciləri “Ağsu” ilə üz-üzə gələcək

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2017/18 mövsümünün ikinci yarısının hazırlığına start verib. 

 

Sportinfo.az xəbər verir ki, yanvarın 7-də Qəbələdə bir araya gələn “qırmızı-qaralar” ilk məşqinə bu gün çıxıblar.

 

Komanda çempionatın 3-cü dövrəsinə yeni baş məşqçi Emin İmaməliyevin rəhbərliyi altında hazırlaşır. 

 

Əvəzedicilərin qış fasiləsindəki ilk yoxlama oyununun tarixi və rəqib komanda da müəyyənləşib. “Qırmızı-qaralar” Birinci Divizion təmsilçisi “Ağsu” ilə üz-üzə gələcək. Yanvarın 14-də baş tutacaq matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Tarix: 8 Yanvar 20:00    Oxunub: 138    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.