İtaliyada "Qarabağ"ın yeri bir başqadı...

“Roma”nın ötən ildəki ən uğurlu və uğursuz oyunları açıqlanıb. Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar”ın Çempionlar Liqasında (ÇL) “Qarabağ”la keçirdikləri görüş də fərqləndirilib.

 

ÇL-in qrup mərhələsinin son turu çərçivəsində dekabrın 5-də “Olimpiko” stadionunda oynanılmış “Roma” – “Qarabağ” qarşılaşması (1:0) paytaxt klubunun 2017-ci ildəki ən uğurlu matçı hesab edilib.

 

Məhz bu qələbə sayəsində Eusebio di Françeskonun yetirmələri qrupda birinci yeri tutaraq, adlarını 1/8 final mərhələsinə yazdırmışdılar. Romadakı oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatsa da, 53-cü dəqiqədə Dieqo Perottinin qolu İtaliya təmsilçisinə qələbə qazanmışdı.

 

“Roma”nın ötən ildəki ən uğursuz görüşü isə ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 20-də “Torino” ilə keçirilmiş matç hesab olunub.

 

Bu qarşılaşma da “Olimpiko”da keçirilib və doğma meydanda gözlənilmədən məğlubiyyətlə (1:2) üzləşən “canavarlar” kubokla erkən vidalaşıblar. “Roma” ÇL-in 1/8 finalında “Şaxtyor”la (Donetsk) üz-üzə gələcək (apasport.az).

Tarix: 8 Yanvar 19:48    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.