Abdullayev "Xəzər"də

I Divizionda medallar uğrunda mübarizə aparan «Xəzər» heyətini gücləndirməyə davam edir.

 

Baş məşqçi postuna Elşad Əhmədovu gətirən debütant «Şüvəlan»ın 2 aparıcı simasıyla münasibətlərini rəsmiləşdirib.

 

«Bakı»nın yetirməsi, «Simurq» və «Qəbələ» kimi böyük klubların formasını geyinmiş Vadim Abdullayev və «Qarabağ»ın məktəbindən çıxmış Fuad Məmmədzadə yeni ildənt «göylər»in şərəfini qoruyacaq. Onlarla 6 aylıq müqavilə imzalanıb. 


«Xəzər» bu cütlükdən öncə «Kəpəz»dən ayrılan Novruz Məmmədovu rənglərinə bağlayıb. Həmçinin «Səbail»dən Tanrıverdi Məhərrəmli, «Binə»dən Bəxtiyar Soltanov və «Qəbələ»dən Ramild Həsənovla müqavilə imzalanıb.

Tarix: 8 Yanvar 15:48    Oxunub: 570    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.