"Binə" 700 manata baş məşqçi axtarır – ONUN 6 ŞƏRTİ VAR...

Mehman Babayevin «Neftçi»yə – Tərlan Əhmədova köməkçi getməsinrdən sonra «Binə» hələ də başsız qalıb.

 

I Divizionun debütantı vakant posta təyin etməyə adam axtarır.

 

Əslində, namizəd çoxdu. Sadəcə, Teymur Həsənlinin – vatası komitə sədri olan klub prezidentinin xoşuna gələn yoxdu. Qəsəbə təmsilçisi onu çalışdıracaq mütəxəssisə 700 manat maaş təklif edir.

 

Məbləğ böyük deyil, sözsüz. Amma gələn kim olacaqsa, bundan «böyük» iztirablara dözməlidi. «Binə»də çalışmağın «üstünlükləri»ni qeyd edək:


1. Hər gün saat 08:00-da Binəldə olmalı, komandanı 08:30-da süni qazonlu meydançanda məşqə çıxarmalı.

 

2. Vaxtından əvvəl burda peyda olan stadionun digər istifadəçilərinin məşq prosesinə müdaxiləsini önləməli.

 

3. Maaş problemi ilə üzləşəməsə də, vəd edilən mükafatların bəzən ödənilib, bəzən ödənilməməsinə alışmalı.

 

4. Teymur Həsənlinin əsas heyəti müəyyənləşditrməklə bağlı «tövsiyyələr»ini diqqətə almalı.

 

5. Komandada qalmasını istəmədiyi futbolçuları qovmağ üçün öncədən prezidentdən icazə istəməli.

 

6. «Binə»nin danışılmış oyunlarda iştirakına dair çoxsaylı söz-söhbətlərə bəribaşdan özünü hazırlamalı.

 

Və s. və ilaxır.


Bu «kriteriyalar»a kim uyğun gəlir? Əfqan Talıbov. Hörmətli Teymur müəllim onu çağırsın və yoxlasın…

 

Babatdı, gedər. «Dəvəni gördünmü» sualına «heç qığını da görmədim» cavabını verənlərdəndi.

 

SPORTİNFO.AZ

Tarix: 7 Yanvar 15:20    Oxunub: 687    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.